ArtsaxBaşlıca

Stepanakert Bakı ilə danışıqlar prosesini yalnız beynəlxalq formatda mümkün hesab edir

Artsaxda Stepanakert və Bakı arasında danışıqlar prosesi yalnız və yalnız beynəlxalq formatda və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə təminat olduqda mümkün hesab olunur.

Bu haqda  Artsaxın arici işlər naziri Sergey Ğazaryan “Armenpress”in mətbuat zalında Azərbaycanın Artsaxın blokadaya alınmasının 100-cü günü münasibətilə təşkil olunan mətbuat konfransında Bakı-Stepanakert görüşlərinin hansı halda danışıqlara çevrilə biləcəyi sualına münasibət bildirərkən deyib.

Sergey Ğazaryan xatırladıb ki, 44 günlük müharibədən sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Bakı ilə Stepanakert arasında müxtəlif humanitar və texniki məsələlərlə bağlı görüşlər keçirilib. Üstəlik, Azərbaycan tərəfi son görüşün gündəliyini təhrif etməyə çalışıb.

“Lakin həmin görüşün keçirilməsində məqsəd blokada vəziyyətindən yaranan elektrik enerjisi və qaz təchizatında yaranmış nasazlıqlarla bağlı məsələləri müzakirə etmək idi.

Azərbaycan tərəfinin iclasın gündəliyini təhrif etmək cəhdləri yolverilməzdir. Bununla belə, eyni zamanda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə biz qeyd olunan məsələlərin həlli üçün eyni formatda görüşlər keçirməyə hazırıq” – deyə Ğazaryan bildirib.

Tam danışıqlar prosesinə gəlincə, nazir bildirib: “Biz dəfələrlə qeyd etmişik ki, belə görüşlər yalnız və yalnız beynəlxalq formatda ola bilər. Bunun əsaslandırması kifayət qədər sadədir”.

O, qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupu formatında əldə olunmuş danışıqları pozursa, ikitərəfli formatda əldə olunan razılaşmaları necə pozmasın?

“Yalnız beynəlxalq formatda və belə bir prosesin ən mühüm komponenti üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə təminat verilməlidir” – deyə XİN rəhbəri bildirib.

Daha çox göstər
Back to top button