BaşlıcaSiyasət

Baş nazir Demokratiya Uğrunda ikinci sammitinin açılışında iştirak edib

ER-nin Baş nazir Nikol Paşinyan ikinci Demokratiya Uğrunda ikinci sammitinin rəsmi açılışının plenar iclasında iştirak edib. Sammit Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn formatda keçirilir.

Bu barədə “Armenpress”ə ER Baş nazirinin administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Demokratiya Naminə ikinci sammitdə 100-dən çox ölkənin liderləri, vətəndaş cəmiyyəti və beynəlxalq demokratik təsisatların nümayəndələri iştirak edirlər. Tədbirin birgə ev sahibliyi edən ölkələr Amerika Birləşmiş Ştatları, Kosta Rika, Hollandiya, Koreya və Zambiya Respublikalarıdır. Plenar iclas bu ölkələrin liderlərinin təbrik mesajları ilə başlayıb. BMT-nin baş katibi Antonio Quterreş də açılış nitqi ilə çıxış edib.

Sammitin gündəliyi çərçivəsində 2021-ci ildə Demokratiya Uğrunda birinci sammitinin öhdəliklərinin icrası, demokratiyanı təhdid edən çağırışlar, eləcə də idarəetmədə hesabatlılığın təmin edilməsi, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, mətbuat azadlığı, inklüziv iqtisadi artım və digər mövzular üzrə öhdəliklərinin yerinə yetirilməsi barədə tematik panel müzakirələrinin keçirilməsi planlaşdırılır.

Daha çox göstər
Back to top button