BaşlıcaSiyasət

Ararat Mirzoyan işgüzar səfərlə Rumıniyada olacaq

Aprelin 3-4-də ER Xarici işlər naziri Ararat Mirzoyan Rumıniyada işgüzar səfərdə olacaq.

Nazir Mirzoyan Rumıniyanın Xarici işlər naziri Boqdan Auresku ilə görüşəcək, bundan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Səfəri çərçivəsində Ararat Mirzoyanın digər yüksək səviyyəli, o cümlədən Rumıniyanın qanunvericilik orqanlarının nümayəndələri ilə də görüşləri nəzərdə tutulub.

Nazir Mirzoyan görüşləri zamanı Ermənistan-Rumıniya ikitərəfli əməkdaşlığı və ER-AB tərəfdaşlığı, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik çağırışları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək.

Daha çox göstər
Back to top button