BaşlıcaBeynəlxalq

Merkel Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə mane olub

2008-ci ildə Almaniyanın keçmiş kansleri Angela Merkel  Alyansın sammiti zamanı o, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə qarşı çıxıb və digər müttəfiqlərini inandırıb. Bu haqda  Ukraynanın Müdafiə naziri Aleksey Reznikov İspaniyanın “La Razon” mətbusuna müsahibəsində deyib.

“Qərb çoxdan Rusiyanı təxribat etməmək dogmasında yaşayır”- deyə Reznikov qeyd edib. Onun sözlərinə görə, 2008-ci ildə Buxarestdə NATO sammiti zamanı Ukrayna və Gürcüstanın hərbi alyansa qəbulu real idi.

“Amerikalılar, əksər avropalılar kimi onun tərəfdarı idi. Bunun əleyhinə danışan və qalanları inandıran Almaniya kansleri Angela Merkel olub”- deyərək Reznikov bildirib.

Daha çox göstər
Back to top button