ArtsaxBaşlıcaSiyasət

Marukyan beynəlxalq ictimaiyyətin çağırışlarına toxunub

Ermənistanın xüsusi taöşırıqlar üzər səfiri Edmon Marukyan beynəlxalq ictimaiyyətin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq çağırışlarına toxunaraq, Azərbaycanın mümkün sülh müqaviləsinin müddəalarına əməl edəcəyinə şübhə etdiyini bildirib.

Marukyan bu mövqeyi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın Azərbaycan tərəfindən davamlı şəkildə pozulması, son zamanlar üçtərəfli bəyanatı növbəti dəfə kobud şəkildə pozaraq Laçin dəhlizində nəzarət-buraxılış məntəqəsi qurması ilə əsaslandırır. O qeyd edib ki, sülhə çağıran ölkələr Azərbaycan tərəfindən mümkün sazişin yerinə yetirilməsinə zəmanət verməyə hazırdırmı?

“Azərbaycan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozaraq Laçin dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradıb. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, ABŞ, Fransa və Rusiya, eləcə də Aİ bununla bağlı öz narahatlığını bildirib. Maraqlıdır ki, bütün bu ölkələr və Avropa Birliyi tərəfləri razılığa gəlməyə və sülh müqaviləsi imzalamağa çağırır. Burada isə mühümbir sual yaranır. Azərbaycan 9 noyabr 2020-ci il bəyanatını davamlı olaraq pozursa, o zaman Azərbaycanın imzalanacaq sülh sazişini pozmayacağına Ermənistanın təminatları nədir? Beynəlxalq birliyin eyni üzvləri olan ABŞ, Fransa, Rusiya və Avropa İttifaqı Azərbaycanla imzalanacaq sülh müqaviləsinin icrasına zəmanət verməyə hazırdırmı?”,- Marukyan “Twitter” hesabında yazdı.

Daha çox göstər
Back to top button