
ER Parlamentinin Ermənistan fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistan-Azərbaycan sərhədində baş verən atışmaya toxunub.
Ttəxribatın məqsədlərinə toxunan Seyran Ohanyan qeyd edib ki, Azərbaycan yəqin ki, bu və ya digər yerlərdə mövqelərində irəliyəyiş əldə etmək istəyir.
“Strateji məqsəd isə Ermənistana təsir göstərmək və davamlı təzyiqlərlə danışıqlar prosesində və ya Ermənistan-Azərbaycan münasibətlərində həmişə üstünlük və qalib mövqedən çıxış etməkdir. Onalrın məqsədləri Ermənistana təzyiq göstərmək və Artsax ətrafında halqanı sıxlaşdırmaqdır.
Əgər bu, danışıqlar prosesi ilə paralel baş verərsə, bu, bir daha göstərir ki, Azərbaycanın bizə qarşı siyasəti dəyişməyib. Hər danışıqların hər mərhələsi ilə paralel olaraq danışıqlar zamanı güzəştə getməmiz üçünondan əvvəl, sonra və ya onun gedişində güclü təzyiqlər və təxribatlar təşkil edirlər. Çox şükür, ordumuz güc göstərir ki, danışıqlarda uğur qazana bilmir”.
Ohanyanın sözlərinə görə, bu təxribatın məqsədindən biri də Sotki mədənini tamamilə ələ keçirməkdir.







