
Ermənistan Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bəyan edib ki, Rusiyadan alınan silahlar Ermənistana çatmayıb və bu istiqamətdə işlər aparılmaqdadır..
Ermənistan Xarici işlər nazirinin müavini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın daha əvvəl verdiyi bəyanata istinad edərək bildirib ki, Ermənistan Rusiyadan sifariş verdiyi və pulunu ödədiyi silahları almır.
“Silahlar həqiqətən Ermənistana çatmayıb və bu istiqamətdə işlər davam edir. Bu bəyanatla bağlı əlavə edəcəyim heç nə yoxdur” – deyərək Safaryan qeyd edib.







