BaşlıcaEkonomika

Ermənistan qara siyahıdan çıxmaq istiqamətində  çalışır

Ermənistanın iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan bəyan edib ki, Ermənistan AB-nin “qara siyahı”sından çıxmaq üçün zəruri olan 41 prosesdən 22-23-nü artıq başa vurub.

Onun sözlərinə görə, AB-nin Ermənistan aviaşirkətlərinə qadağası həmin sektor üçün ağır zərbə olub, ona görə də yaxın aylarda vəziyyəti düzəldəcəklərinə ümid  bəslənilir.

“Açıq deməli olsaq o meydandan çıxmaq üçün təxminən 41 proses etməliyik. Onların yarıdan çoxu, 22-23-ü artıq yerinə yetirilib.

Digərləri isə davam edir. Bu ilin yayında bizi böyük sınaq gözləyir. “Daim səfərdə olan partnyorlar, bu istiqamətdə hansı işlərlə məşğul olsaq da, onların burada nümayəndələri var, bizim aviasiya ilə işləyirlər, başqa bir qrup da gələcək və şirkətlərimiz yoxlanılacaq”- deyərək  o, sonra əlavə edib:

 ”Əgər şirkətlərimiz o auditdən keçəcək, bu, hamımız üçün nailiyyət olacaq, çünki bunun ardınca bu şirkətlər üçün Avropaya marşrutlar açılacaqdır”.

Mətn radar.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button