
Bir neçə gün əvvəl Azərbaycan ordusunun mövqelərindən Martakert rayonunun Çankatağ kəndi istiqamətində nizamsız atəşə tutulub, nəticədə yaşayış evlərinə ziyan dəyib.
Artsakhpress-in müxbiri Çankataq icmasına baş çəkərək, sakinlərin hadisədən sonrakı əhval-ruhiyyəsi və kəndin məişəti ilə tanış olub.

“Gecə saatlarında da atışma davam edirdi, atıcı silahla atəş açırdılar: evlərin damları zədələnmişdi. Düşmən qorxu mühiti yaratmağa çalışır, amma biz kəndi tərk etmək fikrində deyilik.
İstənilən hərəkətlə üzləşməyə hazırıq. Biz uşaqlarımızı vətənpərvər və qorxmaz olaraq belə tərbiyə edirik. Məktəbdə atışma olsa belə, dərs prosesini davam etdiririk” – deyərək kənd sakini Vrej Xaçatryan qeyd edib.

Çankatağ sakini Qreta Ğaribyan bizə bildirdi ki, düşmən mövqelərindən açılan atəşlər zamanı həyətindəki binanın dam örtüyü zədələnib.
“Atəşlər kifayət qədər güclü idi. Hamımız evdə idik, əvvəlcə qorxduq, sonra hər şey sakitləşəndən sonra rahatlandıq”- deyərək Q.Qaribyan bildirib.

O, qeyd edib ki, bağçalarda müxtəlif məhsullar səpilib, baxmayaraq ki, ev düşmənin birbaşa atəşi altındadır və onlar hər dəqiqə yenidən atəş aça bilər.














