
Moskva “Dinamo”sunun və Rusiya millisinin 20 yaşlı yarımmüdafiəçisi Arsen Zaxaryan İtaliyanın vitse-çempionu “Latsio”ya keçməyə yaxındır.
Sport24.ru xəbər verir ki, Romanı təmsil edən klubla “Dinamo” arasında danışıqlar yekun mərhələdədir.
Daha əvvəl Rusiya mətbuatı Hollandiya “Feyenoord”unun onun transferi üçün 8 milyon avro təklif edən Arsen Zaxaryanı almaq niyyətində olduğunu, lakin “Dinamo”nun bu transferdən 15 milyon avro gözlədiyini yazmışdı.
Son mövsümdə Zaxaryan Rusiya çempionatı və kubokunda 37 matçda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.







