
Guardian yazır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin baş diplomatik müşaviri Saymon Mordyu Ermənistan, Azərbaycan, Fransa və Almaniya nümayəndələri ilə görüşəcək.
Görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da iştirak edəcək.
Avropa rəsmisinin sözlərinə görə, görüşün məqsədi “mövcud vəziyyətin nəticələrini yekunlaşdırmaq və liderlərin gələn həftə Qrenadada mümkün görüşünə hazırlamaqdır”.
Qeyd edək ki, görüş sentyabrın 26-da Brüsseldə baş tutacaq. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev iştirak edəcək.