
Gürcüstan Xarici işlər nazirliyinin məlumatına görə, Gürcüstan İranın paytaxtında keçiriləcək “3+3” formatlı görüşdə iştirak etməyəcək.
Bu haqda Gürcüstanın Birinci Kanalına Xarici işlər nazirliyi məlumatlandırıb.
“Gürcüstan sözügedən görüşdə iştirak etmir və heç vaxt iştirak etməyib” – deyə Xarici siyasət idarəçiliyindən qeyd edib.
“3+3” adlanan təşəbbüs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. Bu formatda ilk görüş 2021-ci il dekabrın 10-da Moskvada keçirilib.
Burada Türkiyə ilə yanaşı, Rusiya, Ermənistan, Azərbaycan və İran iştirak edir.
Gürcüstanın rəsmi mövqeyi ondan ibarətdir ki, o, Rusiya faktoruna görə qeyd olunan formatda iştirak etməyəcək” – deyərək gürcü mətbuatı yazıb.







