
Kanadanın Xarici işlər naziri Melani Coli Kanada-Ermənistan ikitərəfli əlaqələrini dərinləşdirmək üçün oktyabrın 25-dən 27-dək Ermənistanda olacağını açıqlayıb. Alınan məlumata görə, bu barədə Kanada Xarici işlər nazirliyi məlumatlandırıb.
“Ermənistan həm də Qafqaz regionunda Kanadanın mühüm tərəfdaşıdır və biz regionda humanitar yardımların tam şəkildə qorunması və insan hüquqlarına hörmətin təmin edilməsi üçün Ermənistan rəsmiləri ilə işləməyə davam edəcəyik»-deyərək – Melani Coli bildirib.
Qeyd olunur ki, Coli Yerevanda ER Baş naziri Nikol Paşinyan, ER Prezidenti Vahaqn Xaçaturyan və Xarici işlər naziri Ararat Mirzoyan ilə Kanada və Ermənistan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarını müzakirə edəcək.
“O, rəsmi olaraq Kanadanın yeni səfirliyini açacaq ki, bu da ikitərəfli əlaqələri gücləndirməyə və Kanadanın erməni demokratiyasına dəstəyini artırmağa imkan verəcək” – deyərək məlumatda qeyd oluub.
Nazir həmçinin Azərbaycanın Dağlıq Qarabağdakı son hərbi əməliyyatı nəticəsində didərgin düşmüş minlərlə mülki şəxsin təcili ehtiyaclarının ödənilməsi yollarını da müzakirə edəcək.
“Melanie Coli 1915-ci il Erməni Soyqırımının 1,5 milyon qurbanının xatirəsini ehtiramla yad etmək üçün Erməni Soyqırımı Memorialını da ziyarət edəcək və Kanadanın istənilən formada inkar və ya revizionizmlə mübarizəyə sadiqliyini təsdiq edəcək” – deyərək mənbə qeyd edib.







