
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı ehtiyatlı nikbinlik var. Bu haqda Xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 25-də parlament iclasında hökumət saatında deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə,Yerevan Bakıdan əvvəllər sülh müqaviləsi ilə bağlı təkliflər alıb və indi cavab hazırlayır.
“Etiraf etməliyəm ki, mən Azərbaycanla sülh müqaviləsinin mətninə ehtiyatla optimist baxıram. Əgər həmin ölkənin rəhbəri Paşinyanla görüşə razılıq versə, bu, sülhə doğru daha bir addım olacaq” – deyə Mirzoyan qeyd edib.







