
Dekabrın 5-6-da ER Müdafiə nazirinin müavini Arman Sargsyanın başçılıq etdiyi nümayəndə heyəti Akrada(Qana) BMT sülhməramlı nazirlik görüşündə(UN Peacekeeping Ministerial) iştirak etmişdir. Bu görüş BMT tərəfindən ildə bir dəfə beynalxalq sülhməramlı problemləri haqqında müzakirələr aparmağı üçün təşkil edilir. Bu haqda ER Müdafiə nazirliyindən məlumatlandırılıb.
Müdafiə nazirinin müavini Arman Sargsyan görüş ərzində Ermənistanın beynalxalq sülhməramlı missiyaları üçün qüvvələrin hazırlanması və təmin edilməsini davam etdirmək öhdəliyini təsdiqləyərək çıxış etmişdir.
Tədbir çərçivəsində Arman Sargsyan ABŞ dövlət katibinin proqramlar və əməliyyatlar üzrə köməkçisinin müavini Reyçel Şiller və “Qlobal Sülhməramlı Əməliyyatlar Təşəbbüsü” proqramının direktoru Cennifer Pulliam ilə işgüzar görüş keçirmişdir. İkitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmişdir.
Arman Sarkisyan BMT baş katibinin sülhməramlı işlər üzrə müavini Jan-Pyer Lakroix ilə qısa görüş zamanı Ermənistanda beynəlxalq sülhməramlı qüvvələrin hazırlanması üçün həyata keçirilən proqramları təqdim edib.







