
Dekabrın 21-də Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan şəhərin meri Ann Hidalqo tərəfindən Paris şəhərinin ali mükafatı olan Médaille Grand Vermeil de Paris ordeni ilə təltif edilib.
Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

“Səfir Ann Hidalqo bu gün Fransa ilə Ermənistanın hər zamankindən daha yaxın olduğunu bildirdi.
Mer Hidalqo qeyd edib ki, Paris və bütün Fransa Ermənistan və Dağlıq Qarabağ xalqının yanında olub və bundan sonra da olacaq və Ermənistanın Fransadakı səfirinin Parisin ən yüksək medalı ilə təltif edilməsi də bu öhdəliyin sübutudur.
Səfir Tolmacyan vurğulayıb ki, son üç il ərzində erməni xalqı ciddi çağırışlarla üzləşib və Ermənistan bu çətin dövrdə Fransanın, xüsusən də Paris kimi səmimi dostun yanında olmasını yüksək qiymətləndirir və xüsusi əhəmiyyət verir.

Səfir qeyd edib ki, Ermənistan-Fransa dostluğu min illik tarixə və ümumi sivilizasiya dəyərlərinə əsaslanır. O əmin edib ki, bu dostluq, hər iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək.
Tədbirdə Fransa Parlamentinin deputatları, Senatın üzvləri, Fransa Xarici İşlər Nazirliyinin baş katibi və departamentin digər yüksək vəzifəli şəxsləri, Fransada akkreditə olunmuş xarici səfirlər, Fransanın siyasət və ictimai xadimləri, incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

1911-ci ildə yaradılmış Paris Böyük Medalı ümumbəşəri əhəmiyyət kəsb edən məsələlərdə əhəmiyyətli nailiyyətlərə və fəaliyyətlərə görə verilir.







