Dünyanın müxtəlif ölkələrində maraqlı Yeni il adətləri

Dünyada yeni ili hər bir ölkədə müxtəlif şəkildə qeyd olunur.Yeni il ilə bağlı bəzi maraqlı adətləri təqdim edirik.
Məsələn İtaliyada Yeni il günü sakinlərin öz köhnə əşyalarını və mebellərini pəncərədən küçəyə atırlar. Uzun illərdir ki, turistləri ölkəyə cəlb etmək üçün italyanlar bu əfsanəni inamla yayırdılar. Əslində isə bu ölkədə Yeni il günü sakinlər yerli Şaxta baba – Bobbi Natale kimi qırmızı rəngə bürünürlər.
Argentinada küçələrdə çoxlu kağızlar olur. Agentinada bayram günü mənzildə olan bütün lazımsız kağızlar, qəzet-jurnallar, ötən ilin təqvimləri, lazımsız sənədləri və kitablar pəncərədən çölə atılır. Yerli sakinlər bu adətlə həm də stress atmağın yolunu görürlər.
Yeni il gecəsi Almaniyada bütün nişanlı oğlanlar sevdikləri qızın evinin altına gələrək gələcək həyat yoldaşı ilə göyə atəş açır. Bundan başqa, stulların üstünə çıxan sıravi almanlar növbəti ilə keçən anda özlərini yer atırlar. Yeni ilin çoxlu sərvət gətirməsi üçün isə hər kəs əlinə pul sikkəsi götürür.
ABŞ-da Yeni ilin əsas hadisələri küknar ağacının altında cərəyan edir. Amerikalılar Yeni ildə bir-birinə hədiyyə verməyi xoşlayırlar.
İrlandlar Yeni il axşamı sadə vətəndaşlar evlərinin qapılarını açıq saxlayırlar. Belə anlarda istənilən şəxs evə girə bilər. Yeni ilə az qalmış bütün irlandlar şəhərin baş meydanına toplaşaraq içki içir, rəqs edir və əylənirlər.
Dünyanın o biri başında Avstraliyada Yeni il yay fəslinə təsadüf edir. Bu səbəbdən Avstraliyada bayramı çimərliklərdə, açıq havada qeyd edirlər. Santa Klausun xarici görkəmi də tam fərqlidir.
Yeni il bayramı Kubada da fərqli şəkildə qeyd olunur. Burada bayran günü hər kəs evdəki qab-qacağı, stəkanları su ilə doldurur. Əqrəblər 12-ni göstərdikdə isə bütün su dolu qablar evlərin pəncərəsindən çölə axıdılır. Hesab olunur ki, bununla yeni il su kimi axar və açıq il olur. Gecənin sonunda ada sakinləri əllərində fişəng və məşəl küçələrdə rəqs edirlər.
Yaponiya Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk ağacının calağından bitən bu ağac Yeni ili salamlayan simvol kimi görülür. Yaponlar evlərinə xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar bağlayırlar. Yeni ildə ən çox verilən hədiyyələr avar olur. Onlar inanırlar ki, avar çəkməklə evlərə xoşbəxtlik daxil olacaq.







