Azərbaycan bloqeri İlham Əliyevə “narahatedici” suallar ünvanlayıb

Azərbaycan bloqeri Tural Sadıqlı Facebook sosial şəbəkədə canlı yayım vasitəsilə öz xalqına və İlham Əliyevin özünə video müraciət yaymışdır. Sadıqlı bildirib ki, onun tərəfindən qeydiyyat üçün bütün lazımi sənədlərin təqdim edilməsinə baxmayaraq, Mərkəzi seçki komissiyası İlham Əliyevin birbaşa göstərişi ilə onu prezidentliyə namizad kimi qeydə almadı, çünki, əks halda, o, bütün azərbaycan xalqının namizədi olacaqdı.
İlham Əliyev təlxəy rəqibləri ilə birgə karikatura seçkilərə gedir” – deyə Sadıqlı bildirib. Bununla yanaşı, jurnalistin fikirincə, İlham Əliyev jurnalist-təlxəklər müsahibələrə üstünlük verərək xarici və yə yerli müstəqil jurnalistlərlə ünsiyyətdən yayınır.
Sadıqlı Əliyevə artıq müstəqil jurnalist kimi arzuolunmaz suallar verir. O, birinci sualı belə səsləndirdi: “Cənab Əliyev, sizin dünyanın müxtəlif ölkələrində daşınmaz əmlakınız var, ən mühafizəkar hesablamalara görə, onların dəyəri 30 milyard dollar təşkil edir. Siz və ailə üzvlərinizin nə qədər maaş aldığını deyə bilərsinizmi?”
Sonra o, belə sual verib: “Arvadınızın birinci vitse-prezident postunu tutanda özünü kişi kimi necə hiss edirsiniz, bundan utanmırsınız?”
Sadıqlının sözlərinə görə, müharibədə həlak olanların ailələrinin yaşayış vasitəsinə, insani münasibətlərə ehtiyacı var, hakimiyyət və İlham Əliyevin şəxsi əlaltıları isə onlara əhəmiyyət vermir.
“İlham Əliyev, siz deyirsiniz ki, qoy xalq onları kimin aldatdığını göstərsin, mən hamını cəzalandıracağam. Xalq düz prezident administrasiyasının önünə çıxıb qışqırır, bəlkə qulağınızda problem var, bəlkə lal-karsınız və həkimə getmək vaxtınızdır?”- deyə Sadıqlı rüşvətxorluqdan danışaraq rişxənd edir.
“Bütün bunlardan sonra talan etdiyiniz bu ölkədə beşinci dəfə prezidentliyə namizəd olmaqdan utanmırsınızmı?”
Sadıqlı, deyəsən, ən ağrılı suala toxunub: “Regionun bütün ölkələrinin sivil dünyaya, Avropaya yönəldiyi bir vaxtda, siz bizim ölkəmizə rusları, rus ordusunu dəvət etmişsiniz, onlar Azərbaycanı nə vaxt tərk edəcəklər?”.
Sonunda bloqer bildirib ki, milyonlarla azərbaycanlılar ölkəni tərk edib, onlardan çoxu İlham Əliyevin qurbanlarına çeviriblər. “Bəlkə jurnalist Tural Sadıqlını da öldürəcəksiniz?”.







