Başlıcaİctimaiyyət
Azərbaycan sakini qəbiristanlıqdan sinə daşını oğurlayıb satdı

Azərbaycanda polis qəbiristanlıqdan sinə daşını oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Azərbaycan mətbuatının yazdığına görə, məzar daşını oğurlayan şəxs Gəncə sakinidir. Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb.
Şübhəli şəxs günahını etiraf edib.







