
Rusiya Ermənistanı ən çətin dövrdə tək qoyub.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Bu bir faktdır. Bizim bir dostumuz, necə deyərlər, bir müttəfiqimiz var idi, böyük qardaşımız vardı, vaxtı gələndə bizi qoruyurdu, heç olmasa, hər şey onun bilgisi ilə baş verib deməsə də, bizi tək qoyub.
Bizi dəfələrlə aldatdılar, sonra isə onları Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışdılar ki, sonradan konkret vəziyyətdə bizi “xilas etsinlər” və Ermənistanın dövlətçiliyinə sıxaclar atsınlar”, – parlamentin spikeri vurğulayıb.
“Ermənistan KTMT-də iştirakını biz bu təşkilatın var olub-olmadığını, fəaliyyət göstərib-göstərmədiyini, bizim regionumuzu tərk edib-etmədiyini anlayana qədər dondurub”, – Simonyan əlavə edib.







