
Azərbaycan Ermənistanla sülh prosesini süquta yetirmək naminə hər şeyi edir.
Oxşar fikirləri parlamentdə jurnalistlərlə söhbətində “KP” parlament fraksiyasının deputatı Armen Xaçatryan deyib.
“Hər hansısa biri deməyib ki, Azərbaycan sülhsevər ölkədir və Azərbaycanın bəyanatları əsasən yalandır. Amma Ermənistan mütləq sülh yolu ilə gedəcək və Azərbaycana sülhü məcbur edəcək.Azərbaycan konstruktiv olmalıdır, Azərbaycan konstruktiv sahəyə qayıtmağa məcbur olmalı və Ermənistanın suveren, demokratik ölkə olduğunu nəzərə almalıdır, biz öz suverenliyimizə hörmət edib irəli getməliyik” – deyə deputat bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan güc balansının pozulduğundan istifadə edərək, güc mövqeyindən çıxış edir.
“Amma bu gün biz silahlı qüvvələrdə çox ciddi islahatlar aparırıq, bu, çox da gözə dəymir, amma müəyyən müddətdən sonra elə bir ordumuz olacaq ki, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü təmin edə biləcək. Problem budur və biz buna mütləq nail olacağıq” – deyə Armen Xaçatryan bildirib.







