BaşlıcaSiyasət

Əliyev beynalxalq səviyyədə ciddi təhlükədir. Bəlkə də Qərb dünyası bunu anlamağa başlayır: Lemkin institutunun direktoru

Erməni xalqı yenidən Azərbaycan tərəfindən yeni soyqırım hərəkətinin təhlükəsi ilə üz-üzədir. Bu barədə Lemkin adına Soyqırımın qarşısının alınması institutunun icraçı direktoru Eliza fon Coeden-Forcey bildirib.

“Bizim fikirimizcə, Azərbacyan tərəfindən soyqırımın davamlılığı mövcuddur və Lemkin institutu bu regionun 2020-ci ildə, hətta daha əvvəl 2016-cı ildə başlamış soyqırım prosesində olduğunu hesab edir. Əgər onun əsasında olan ideologiyanı nəzərə alsaq, o halda bu, Birinci ümumdünya müharibəsi illərində ernənilərə qarşı həyata keçirilmiş şiddətli, böyük Soyqırımdan başlayır.

Beləliklə, bu region soyqırım prosesində qalmaqda davam edir, çünki Azərbaycan prezidenti İlham Əliyevin rejimi soyqırım rejimidir və o, soyqırım dövləti yaradıb.

Soyqırım rejimləri və soyqırım dövlətləri haqqında bildiyimiz  odur ki, onlara təzyiq edilmədikcə onlar heç vaxt dayanmırlar. Heç bir təzyiq isə göstərilməyib” – deyə o bildirib.

Eliza fon Coeden-Forceyin sözlərincə, Azərbaycan əvvəlcə blokada yolu ilə, sonra isə Artsax Respublikasına hücum etməklə Artsax xalqına qarşı soyqırım törədib və bu, bütün əhalinin məcburi köçkünlüyünə səbəb olub. “Biz bunu yüz faiz uğurla həyata keçirilmiş soqırım hesab edirik. Bu, geri qaytarıla bilməyəcək bir soyqırım deyil, çünki bilirik ki, dünya indi də reaksiya verə bilər. Lakin İlham Əliyev artıq beynəlxalq hüquq çərçivəsində BMT tərəfindən tanınan suveren ərazi olan Ermənistan Respublikasını hədəfə alır. Ona görə də, bəli, hesab edirik ki, Ermənistan Əliyev, onun havadarları, Türkiyə və İsrail tərəfindən soyqırım təhlükəsi altındadır”-deyə o bildirib.

Lemkin institutunun icraçı direktoru beynəlxalq ictimaiyyətin vəziyyətə adekvat reaksiyası necə olmalıdır sualına belə cavab verdi: “Beynəlxalq ictimaiyyət Əliyevə qarşı dərhal sanksiyalar tətbiq etməli və Əliyevin müttəfiq dövlətlərini soyqırımda mümkün iştiraka görə dərhal cəzalandırmalıdır. Düşünürəm ki, indi tamamilə aydındır ki, bu, təkcə ərazi üçün regional mübahisə deyil. Xüsusilə Qərb dünyası görməlidir ki, İlham Əliyev soyqırım diktatorudur. O, soyqırımlı erməni nifrəti ilə doludur, biz 21-ci əsrdə buna dözə bilmərik.

Azərbaycanın ifadə etdiyi kimi dünyanın bu aqressiv şəkildə soyqırımlı erməni nifrətinə dözməsi tam dəlilikdir. Beynəlxalq ictimaiyyət onu dərhal cəzalandırmalıdır, çünki kursunu dəyişmək və Ermənistan ərazisini təhdid etməyə davam etməmək üçün güclü təzyiq olmadan, kursunu dəyişmək üçün təzyiq göstərmədən bunu etməyəcək. Azərbaycan bunu artıq sübut edib”.

O, geosiyasi maraqları nəzərə alaraq Azərbaycana və onun müttəfiqlərinə qarşı sanksiyaların tətbiqini real hesab edirmi sualına cavab verib ki, “Bəli, geosiyasi maraqlar və resurs maraqları. Düşünürəm ki, indiyə qədər susqunluğa səbəb olan məhz budur, lakin nə vaxtsa beynəlxalq ictimaiyyət və xüsusən də Qərb dövlətləri Azərbaycanın təcavüzünün beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu istər-istəməz dərk edəcəklər.

Beynalxalq səviyyədə tanınmış iki suveren dövlət olan Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası müharibəyə nəzarət etmək çox çətin olacaq.Çox çətin olacaq, kimin belə müharibəyə cəlb olunacağı bəlli deyil. Hətta qısa müddət bir müharibə belə regionda artıq mövcud olan geosiyasi gərginliyi alovlandıracaq və asanlıqla daha böyük regional müharibəyə və hətta qlobal nəticələri olan müharibəyə çevrilə bilər.

Bizim artıq İsrail və Fələstində belə bir müharibə var ki, bunun qlobal nəticələri var. Beynəlxalq ictimaiyyət bunu müəyyən dərəcədə cilovlamağı bacarıb, lakin biz İsrailin daim təzyiq göstərdiyini, nəzarət edilə və ya idarə oluna bilənlərin sərhədlərini genişləndirdiyini görürük. Biz Cənubi Qafqazda da eyni şeyin şahidi olacağıq. Və heç kimin maraqlarına xidmət etmir.

Qərb dünyasında ermənilərin Artsaxdakı və ya hətta buradakı Ermənistan Respublikasındakı taleyi ilə bağlı bu susqunluğu şərtləndirən böyük geosiyasi maraqlar və resurs maraqları ola bilər, lakin mən hesab edirəm ki, bəlkə də Qərb dünyası oyanır və İlham Əliyevin beynəlxalq səviyyədə təmsil etdiyi ciddi təhlükəni anlamağa başlayır”.

Daha çox göstər
Back to top button