
Baş nazir Nikol Paşinyan aprelin 5-də Brüsseldə ER-ABŞ-Aİ görüşünə toxunub. Onun sözlərinə görə, həmin görüşün heç vaxt təhlükəsizlik konteksti və ya gündəliyi olmayıb.
“Aİ və ABŞ bizim siyasətimizi aqressiv hesab etsəydi, heç vaxt Ermənistana iqtisadi və siyasi dəstək verməyə razı olmazdılar”, – o deyib.
Paşinyan 5 aprelin siyasi kontekstini də açıqlayıb: “ER-nı aqressiv siyasət yürüdən dövlət kimi təqdim etmək üçün edilən bütün cəhdlər yoxa çıxır. Gündəliyinə və mahiyyətinə görə sosial-iqtisadi və siyasi xarakter daşıyan görüşün özü isə həm format, həm də əhəmiyyət baxımından misilsiz idi”.
Paşinyanın sözlərinə görə, Aİ və ABŞ “sülhün kəsişməsi” layihəsini alqışlayıb və dəstəkləyib. Baş nazirin sözlərinə görə, həmin görüş Ermənistan və ABŞ, Ermənistan və Aİ arasında münasibətlərin yeni səviyyəsini göstərdi.
“Aprelin 5-də keçiriləcək Brüssel yüksək səviyyəli görüşünün nədən ibarət olmadığını vurğulamaq vacibdir. Aİ və ABŞ gəlib bizim problemlərimizi həll etməyəcək. Bunun gündəmə gətirilməsini vacib hesab edirəm”.
Paşinyan həmçinin vurğulayıb ki, ABŞ və Aİ ilə münasibətlərin inkişafı regional münasibətlərə qarşı deyil.







