BaşlıcaSiyasət

Yerevan və  Bakı arasında Almatıda planlaşdırılan danışıqlarda Astana vasitəçi deyil

Qazaxıstan Ermənistan və Azərbaycan Xarici işlər nazirləri arasında Almatıda keçirilməsi planlaşdırılan danışıqlarda vasitəçi olmayacaq.

TASS xəbər verir ki, bu barədə Qazaxıstan Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

“Biz Almatıda da oxşar danışıqları planlaşdırırıq. İndi biz Azərbaycan və Ermənistandakı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar sırf tərəflər arasında aparılacaq” – deyə Xarici işlər nazirliyinin nümayəndəsi qeyd edib ki, söhbət Astananın vasitəçiliyindən deyil, Qazaxıstan tərəfindən xoşməramlı xidmətlər göstərməsindən gedir”.

Xarici işlər nazirliyinin nümayəndəsi xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistana son səfəri zamanı bu ölkələr arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini qeyd edib.

Bundan öncə ER Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan jurnalistə müsahibəsində qeyd edib ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Almatıda görüşəcək.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistana rəsmi səfəri çərçivəsində ER Baş naziri Nikol Paşinyanla görüşdən sonra bildirib ki, Astana Ermənistan və Azərbaycan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Daha çox göstər
Back to top button