BaşlıcaEkonomika

Ransomware proqramından 75 milyon dollar qazanan kiber fırıldaqçılar Ermənistan və Ukraynada həbs edilib

Ermənistan və Ukraynada Avropanın ən böyük botnet şəbəkəsini təşkil edən və Avropa Birliyi ölkələrinin vətəndaşlarından pul qoparan kibercinayətkarlar həbs edilib.

“Reuters”in Europol-a istinadən verdiyi məlumata görə, əməliyyat zamanı Ermənistanda bir, Ukraynada isə daha üç saxtakar saxlanılıb.

Müstəntiqlərin fikrincə, şübhəlilərdən biri ransomware botları olan saytların icarəsindən təxminən 69 milyon avro (təxminən 75 milyon dollar) qazanıb.

Hüquq-mühafizə orqanları cinayətkar botnetləri aradan qaldırmaq üçün 100-dən çox serveri bağlayıb və 2000-dən çox domeni nəzarətə götürüb.

 “Operation Endgame” adlanan əməliyyat Avropa Birliyinin bir sıra ölkələrinin, ABŞ və Ukraynanın hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib və bu günə qədər kibercinayətkarlığa vurulan ən böyük zərbələrdən birinə çevrilib.

Fırıldaqçılar istifadəçilərin cihazlarına qoşulan zərərli proqramlar yerləşdirib və ransomware botlarına yoluxmuş cihazlara nəzarət etməyə və onları bərpa etmək üçün fidyə tələb etməyə icazə verib.

Daha çox göstər
Back to top button