
Azərbaycan xarici işlər nazirliyi Suriyadan altı vətəndaşının repatriasiyası barədə məlumat yayıb. Böyük ehtimalla söhbət Suriyada ya ölən, ya da qalan terrorçunun ailəsindən gedir. Beş uşağı olan qadın vətənə qaytarılıb.
İyunun 1-də Suriyadan Azərbaycana 8 vətəndaş: üç qadın və beş uşaq qayıdıb.
XİN-nin məlumatına görə, Suriya və İraqdan 411-i uşaq, 38-i qadın olmaqla ümumilikdə 459 vətəndaş repatriasiya edilib.
“Azərbaycan hökuməti xaricdə silahlı münaqişənin qurbanı olmuş vətəndaşların vətənə qaytarılması üçün hər şeyi edəcək” – deyə XİN-in press relizində bildirilib.
Əslində onlar heç də qurbanlar deyil, Suriyanın qanuni hökumətinə qarşı İŞİD-in tərəfində vuruşmuş azərbaycanlı terrorçuların ailə üzvləridir. Repatriasiyadan söhbət gedə bilməz: Suriya hakimiyyəti bu insanları döyüşçülərin qohumları kimi deportasiya edir. Azərbaycanda isə onlarla necə davranılacağını hələ heç kim bilmir.







