BaşlıcaSiyasət

Azərbaycanlı jurnalistlərin həbsləri BMT-də “paralel tədbirdə” müzakirə olunub

İyunun 26-da Birləşmiş Millətlərin Cenevrədəki ofisində BMT-nin İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində COP29 ərəfəsində Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması və jurnalistlərin təqibləri müzakirə olunub.

Dinləmələr Avropada yerləşən Azərbaycan QHT-ləri – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və İnsan Hüquqları İnstitutu tərəfindən təşkil olunub.

“”Paralel tədbirdə” son vaxtlar Azərbaycanda jurnalistlərin kütləvi həbslərinin ölkədə ifadə və fikir azadlığı üçün daha geniş nəticələrinə nəzər salınıb. Eyni zamanda, bu hərəkətlərin fərqli düşüncənin boğulmasına və informasiyaya nəzarətə yönəlmiş sistemli səylərin tərkib hissəsi olduğu deyilib. Biz bu məsələni COP29-la əlaqələndirdik, repressiyaların vətəndaş fəallığına, o cümlədən yerli və beynəlxalq fəalların iqlim dəyişikliklərinə qarşı mübarizəyə yönəlmiş vacib addımları dəstəkləmək imkanına maneə təsirini araşdırdıq”, deyə RATİ-nin direktoru Emin Hüseynov bildirib.

RATİ-nin məlumatına görə, hazırda Azərbaycan həbsxanalarında 30-dan çox jurnalist var və bu göstəriciyə görə ölkə Türkiyəni də geridə qoyaraq, Avropa Şurası ölkələri arasında “liderdir”.

RATİ nümayəndəsi Karina Pavlova qeyd edib ki, Azərbaycanda 300 siyasi məhbus var, onlardan 30-u jurnalistdir.

Daha çox göstər
Back to top button