BaşlıcaBeynəlxalq

Fransada parlament seçkilərinin birinci turunda ifrat sağçılar qalib gəlib

Fransa parlament seçkilərinin birinci turunda Mari Le Penin ifrat sağçı “Milli Birlik” partiyası qalib gəlib. Bu barədə BBC xəbər verir.

“Milli Birlik” partiyası 33,1%, solçu blok 28%, Makron koalisiyası isə 20,76% səs toplayıb.

“Fransızlar bizə səs verərsə, bütün fransızların baş naziri olmaq niyyətindəyəm”,- Jordan Bardela bildirib.

İfrat sağçılar Fransa parlament seçkilərinin ilk turunda indiyədək heç vaxt qalib gəlməyiblər.

Fransa parlamentinə növbədənkənar seçkilərin ikinci turu iyulun 7-də olacaq.

Daha çox göstər
Back to top button