
Qazaxıstan Cənubi Qafqazda ticarət və nəqliyyat yollarının bərpasında maraqlıdır.
APA-nın məlumatına görə, bu haqda jurnalistlərə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Şurasının Astanada keçirilən iclası çərçivəsində Təhlükəsizlik məsələləri departamentinin icraçı direktoru Janar Tulindinova deyib.
“Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılmasında maraqlıdır. Biz Cənubi Qafqazda ticarət və nəqliyyat yollarının bərpasında çox maraqlıyıq.
O, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun bir hissəsi hesab olunur” – deyə o, qeyd edib.
Tulindinova deyib ki, Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımaların aktivləşdirilməsində maraqlıdır.
“Çünki məlum olduğu kimi, müxtəlif sanksiyalara görə marşrutlar pozulur. Bütün region ölkələri bu marşrutla yüklərin çatdırılmasının aktivləşdirilməsinin vacibliyini dərk edirlər.
Qazaxıstan bu istiqamətdə böyük səylər göstərir. Strateji tərəfdaşlıq şəbəkəsi və logistika mərkəzlərinin yaradılması təşəbbüsü isə strateji əhəmiyyət kəsb edir” – deyərək, bildirib.







