
İyulun 8-də Meğri icmasının rəhbəri Xaçatur Andreasyan Çexiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Petr Pirunçiki qəbul edib. Bu barədə Meğri icmasından məlumat yayılıb.
Görüş zamanı icmanın rəhbəri X.Andreasyan Meğriyə səfərə görə təşəkkür edib.
Səfirin Meğri icmasına səfərinin məqsədi məlumat xarakterli olub və onun Ermənistanın cənubundakı vəziyyətlə tanış olmaq arzusu böyük olub.
P.Pirunçik çıxışında Meğri bölgəsinin əlverişli şəraiti, bal və şirin meyvələr barədə dəfələrlə eşitdiyini və bunun Meğriyə baş çəkməsinə səbəb olduğunu xatırladıb.
Görüşün sonunda P. Pirunçik səmimi qəbula görə təşəkkürünü bildirib və görüşlərin davamlı olacağı barədə qarşılıqlı razılıq əldə olunub.







