Başlıcaİctimaiyyət

Yerevanda “Pivə günləri” festivalı keçiriləcək

Avqustun 23, 24, 25-də Yerevanın Zakyan küçəsində “Pivə günləri” festivalı keçiriləcək. Festivalda 10-dan çox oyun, onlarla növ pivə, dadlı qəlyanaltılar, keyfiyyətli musiqi, 3000 hədiyyə, müsabiqə və təbii ki, lotereya gözlənilir.

пиво1.jpg (60 KB)

“Pivə günləri” festivalının məqsədi pivə istehsalı ənənələrini tanıtmaq, Ermənistanı dünyaya pivə mədəniyyətinin daşıyıcısı və bu gün pivə istehsalı üzrə lider ölkə kimi təqdim etmək, turizmin inkişafını təşviq etmək və təbii ki, isti və xoş mühit yaratmaqla iştirakçılar üçün yüksək əhval-ruhiyyəni təmin etməkdir.

пиво2.jpg (41 KB)

Tədbir bu il üçüncü dəfədir keçirilir. O, Ermənistanı əsas turizm məkanlarından birinə çevirərək “Yerevan Şərab günləri” festivalının uğurunu təkrarlamaq məqsədi daşıyır.

пиво3.jpg (70 KB)

Pivə istehsalçılarına öz məhsullarını minlərlə ziyarətçiyə təqdim etmək imkanı verən festival musiqiçilər üçün də qapılarını açacaq.

Bu il festivalda bir çox artistlər və yeni yaradılmış qruplar çıxış edəcək, onların bir çoxu üçün bu tədbir özünü ifadə etmək və böyük tamaşaçı qarşısında çıxış etmək üçün ilk təcrübədir.

пиво5.jpg (65 KB)

Daha çox göstər
Back to top button