
Ermənistanın təhlükəsizlik naziri Armen Qriqoryan Ermənistanın hərbi sənayedə əldə etdiyi uğurları təqdim edib. Alınan məlumata görə, II Dünya erməni sammitində o, son 4 ildə hərbi sənayeyə ayrılan büdcənin 100 dəfə artdığını qeyd edib.
Beləliklə, hərbi sənayedən gələn sifarişlərin həcmini təsəvvür etmək olar” – deyə Qriqoryan vurğulayaraq əlavə edib ki, Ermənistanın strateji məqsədi ən qısa müddətdə hərbi-texniki ehtiyacların 25-30 faizini yerli sənaye hesabına təmin etməkdir.
“Ümid edirik ki, bu məqsədə nail olacağıq: “Qeyd etdiyim rəqəm özü ilə çoxlu problemlər gətirdi, lakin əminəm ki, özəl sektor və hərbi sənaye bu həcmi həzm edə və təhlükəsizliyin qurulması naminə işləməyə davam edəcəklər” – deyə TŞ katibi yekunlaşdırıb.







