Ermənistandan pomidor ixracından gələn gəlir azalıb

Ermənistan 2023-cü ildə 26 milyon 42 min dollar dəyərində pomidor ixrac edib. Bu barədə World’s Top Exports portalı xəbər verir. Bu, 2022-ci illə müqayisədə 45,5% azdır. Ermənistan siyahıda 26-cı yerdə qərarlaşıb.
Türkiyə pomidor ixracından 535,7 milyon dollar (6-cı yer), Azərbaycan – 162 milyon dollar (12-ci yer), İran – 11,7 milyon dollar (36-cı yer), Gürcüstan – 1,4 milyon dollar (63-cü yer) Rusiya: 562 min dollar (71-ci yer) gəlir əldə edib.
Meksika 3 milyard dollarlıq gəlirlə dünyanın aparıcı pomidor ixracatçısı olub. İlk beşliyi Hollandiya (2 milyard dollar), İspaniya (1,18 milyard dollar), Mərakeş (1,14 milyard dollar) və Fransa (800 milyon dollar) tamamlayıb. Ümumilikdə pomidorun dünya ixracının həcmi 7,6% artaraq 11 milyard dollardan çox olub.







