
RF Baş Qərargahı və Müdafiə nazirliyi Ukraynada qoşunların artırılması üçün yeni səfərbərlik elan edilməsinə dair Kremldə “ciddi təzyiq” göstərir.
Bu barədə The Economist jurnalına kəşfiyyat məlumatlarına bələd olan Avropa rəsmiləri məlumat veriblər.
“Rusiyanın hazırda kifayət qədər gücü yoxdur. Əgər onlar irəliləyişə nail olsalar belə, bunu istifadə edə bilməzlər” – deyə NATO-nun yüksək səviyyəli rəsmisi bildirib.
Mənbələrin məlumatına görə, Rusiya ordusu döyüş meydanında hələ də primitiv taktikalardan istifadə edir ki, bu da kütləvi itkilərə gətirib çıxarır.
Şimali Koreyadan əsgərlərin cəlb edilməsi qərarı isə rus qoşunlarının problemlərlə üzləşdiyini göstərir.
Jurnalın məlumatına görə, Rusiyanın müdafiə sənayesi Qərb istehsal xəttlərini əhəmiyyətli dərəcədə qabaqlayır. Avropa Birliyi hər il bir milyondan çox mina istehsal etdiyini bəyan edir.
Rusiya isə üç dəfə çox mina istehsal edir və Şimali Koreya və İranın dəstəyini alır.
“Mən sadəcə bilmirəm ki, kifayət qədər istehsal edə biləcəyikmi və nə qədər dəstək göstərə bilərik. Artıq onlara kömək etmək imkanımız yoxdur və başqa yerlərdə risklə üzləşə bilərik” – deyə The Economist jurnalına Ukraynaya Amerika hərbi yardımı barədə məlumatlı mənbə bildirib.
NATO-dan yüksək səviyyəli mənbə qeyd edib ki, Moskva hər ay 30 min nəfər toplayır. Bu, cəbhədə bütün tapşırıqların yerinə yetirilməsi üçün kifayət deyil, lakin böyük itkiləri ört-basdır etməyə imkan verir.
Birləşmiş Krallıq Müdafiə Araşdırmaları Kral Birgə İnstitutunun baş elmi işçisi Cek Votlinq hesab edir ki, Rusiya əbədi olaraq müharibə apara bilməz, amma cəbhədə bu tendensiya davam edərsə, “qırılma nöqtəsi” Ukrayna üçün daha tez gələcək.
“Moskva ehtimal edir ki, növbəti il Donbasda öz məqsədlərinə çataraq Ukrayna ordusuna elə itkilər və maddi ziyan vuracaq ki, bu da ordunun daha da irəliləməsinə mane olmaq imkanını əlindən alacaq” – deyə ekspert bildirib.
Onun fikrincə, bu vəziyyət Rusiya üçün hər hansı sonrakı danışıqlarda təsir rıçaqları verəcək.
Rusiya hərbi komandanlığının RF Prezidenti Vladimir Putindən yeni səfərbərlik elan etməsini xahiş etdiyini sentyabr ayının ortalarında Wall Street Journal da yazmışdı.
Mənbənin məlumatına görə, martın ortalarında Putin növbəti dəfə Prezident seçilərkən Müdafiə nazirliyinin rəhbərliyi onunla görüşdə maydakı andiçmə mərasimindən istifadə edərək yeni səfərbərlik elan etməsini istəyiblər.
Mənbənin sözlərinə görə, Putin bundan imtina edərək müharibədə yalnız Müdafiə nazirliyi ilə müqavilə bağlayan könüllülərdən istifadə etmək istədiyini bildirib.







