BaşlıcaSiyasət

“ER, İran və Hindistanın nümayəndələri nəqliyyat sahəsində əməkdaşlıq məsələsi ilə bağlı görüşəcəklər”

Tasnim xəbər verir ki, İran, Ermənistan və Hindistan rəsmiləri nəqliyyat sahəsində üçtərəfli əməkdaşlığa dair görüşün keçirilməsi barədə razılığa gəliblər.

Bu barədə İranınYerevanda olan  səfiri Mehdi Sobhani bildirib.

İran səfirinin Kapanda jurnalistlərə verdiyi məlumata  görə, İran, Ermənistan və Hindistan arasında ictimai nəqliyyat məsələləri ilə bağlı görüşün keçirilməsi üçün tənzimləmələr aparılıb.

İran səfiri qeyd edib ki, görüşün tarixini müəyyən etmək üçün əlavə tədbirlərə ehtiyac var.

Onun sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq üç ölkəyə fayda gətirəcək və o, üçtərəfli əməkdaşlığın “müsbət perspektivlərini” vurğulayıb.

Daha çox göstər
Back to top button