BaşlıcaErməni Soyqırımı
Yerevanda “Soyqırımlara qarşı” 5-ci qlobal forum keçiriləcək

Dekabrın 12-dən 13-ə qədər Yerevanda “Soyqırımlara qarşı” 5-ci qlobal forum təşkil ediləcək. Forumun mövzusu “Soyqırımlar və digər cinayətlərə qarşı erkən xəbərdarlıq və erkən reaksiya beynəlxalq mexanizmlərinin effektivliyinin artırılması” olacaq.
Forumda risk amillərini aşkar etmək və onlara vaxtında reaksiya vermə ilə bağlı çağırışlar müzakirə ediləcək.
Müzakirələr həmçinin beynəlxalq mexanizmlərin effektivliyinin artırılması məsələlərinə, həmçinin praktik və siyasət hazırlama səviyyələrində ardıcıllığın təmin olunmasına da yönələcəkdir” – deyə Ermənistan Xarici işlər nazirliyinin yaydığı məlumatda bildirilir.







