BaşlıcaSiyasət

ABŞ Bakıda tanınmış hüquq müdafiəçisinin saxlanılması ilə bağlı xəbərdən narahatdır

ABŞ çərşənbə axşamı bildirib ki,  Azərbaycanda saxlanılan tanınmış hüquq müdafiəçisi Rüfət Səfərovun işini diqqətlə izləyir.

“Hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı yayılan xəbərlərdən dərin narahatıq”, – deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel TURANın suallarını cavablandıran  bildirib.

Səfərov, Azərbaycanda siyasi motivli həbslər, işgəncələr və hökumət korrupsiyası ilə bağlı sənədləri və hesabatları hazırlayan Müdafiə Xətti təşkilatının rəhbəridir.

O, çərşənbə axşamı Bakıda polis tərəfindən saxlanılıb.

Patel Azərbaycanı “haqsız yerə həbs olunanların hamısını azad etməyə və vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa” çağırıb.

“Dünyadakı insan haqları müdafiəçilərinin öz işlərini maneəsiz və qisas qorxusundan azad şəkildə həyata keçirə bilməsi çox vacibdir”, o deyib.

Daha çox göstər
Back to top button