
Rus filosof və politoloq Aleksandr Duqin Suriyada baş verən hadisələrə toxunub və bu kontekstdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ittihamlar səsləndirib, ermenihaber yazır.
“Suriya Ərdoğan üçün bir tələ idi. Strateji səhv etdi, Rusiyaya xəyanət etdi, İrana xəyanət etdi. O, uğursuzluğa məhkumdur”, – Duqin yazıb və əlavə edib: “Bu günə qədər sizə dəstək olduq. Bundan sonra peşman olacaqsınız”.
Xatırladaq ki, Duqin Rusiya analitik çevrələrində ən türkpərəst və Ərdoğanyönlü ekspertlərdən biri hesab olunurdu.







