
2024-cü ilin noyabrında Ermənistanda 782 min 832 iş yeri qeydə alınıb.
Armenpress-in məlumatına görə, bu barədə ER baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb və qeyd edib ki, iş yerlərinin sayı bu ilin oktyabr ayı ilə müqayisədə 3681, keçən ilin noyabr göstəricisindən isə 44946 çoxdur.







