
İsveç parlamentinin üzvü Erik Helsborn Ermənistanın təşəbbüsü ilə həyata keçirilən “Sülh yollarının kəsişməsi” layihəsini və Yerevanın bu istiqamətdə göstərdiyi səyləri müsbət qiymətləndirir.
Bunu Cənubi Qafqazda kommunikasiya marşrutlarının mümkün bağlanması, eləcə də bu məsələdə İrəvanla Bakı arasında fikir ayrılıqlarına toxunaraq qeyd edib.
Ermənistanın təşəbbüsü ilə həyata keçirilən “Sülh kəsişməsi” layihəsinin Cənubi Qafqazda regional kommunikasiya marşrutlarının mümkün açılması istiqamətində əhəmiyyətindən danışan deputat Yerevanın bu istiqamətdəki səylərini müsbət qiymətləndirib.
“Yerevanın problemin həlli istiqamətində fəal işlədiyini görmək müsbət haldır”,- Helsborn vurğuladı.
İsveçli deputat Azərbaycanın blokadanın götürülməsi məsələsində qondarma “dəhliz” məntiqini irəli sürməkdə davam etdiyinə toxunaraq, Ermənistan ərazisindən yükdaşımaların Ermənistanın şərtlərinə uyğun həyata keçirilməli olduğunu xüsusi olaraq vurğuladı.
“Azərbaycanın öz əsas ərazisindən qərb anklavının (red. Naxçıvan Muxtar Respublikası nəzərdə tutulur) ərazisinə daha asan insan və yük daşımaq istəməsi başa düşüləndir. Lakin Bakı başa düşməlidir ki, Ermənistan ərazisindən keçən bütün daşımalar Ermənistanın şərtləri ilə həyata keçirilməlidir.







