BaşlıcaSiyasət

Ararat Mirzoyan: “Qərbi Azərbaycan” narrativi birbaşa ərazi iddiasıdır”

“Qərbi Azərbaycan” narrativi birbaşa Ermənistan ərazisinə iddiadır” –  deyə  Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan yekun mətbuat konfransı zamanı bildirib.

O, Azərbaycan Prezidentinin həmin icmanın nümayəndələrinin Ermənistan hakimiyyəti ilə görüşmək istəməsi ilə bağlı bəyanatına cavab verib.

“Belə bir məsələ gündəlikdə yoxdur” – deyə nazir qeyd edib və bildirib ki, bu, Azərbaycan hakimiyyətinin növbəti uydurma və ekspansionist layihəsidir. Mirzoyan həmçinin Bakıdan səslənən təhdidlərə və sülh gündəliyinə də toxunub.

“Divar yox, körpü”:  Mirzoyanın Əliyevin sərt ritorikasına qısa cavabıdır.

Lakin burada izahatlar və dəqiqləşdirmələr də var. ER  Xarici işlər naziri Əliyevin bəyanatlarının alt mətnində niyyətlər gördüyünü bildirib və sərt qiymətləndirmələrdən çəkinib. Lakin o, bu vəziyyətdə ER-na qarşı “faşist dövlət” ittihamını xatırladaraq bunları deyib.

“Əlbəttə ki, böyük bir cazibə var ki, dərhal cavab verib Azərbaycanın özündə ermənilərə qarşı faşist münasibətini təşviq edən bəyanatları xatırladasan. Amma mən bu cazibədən çəkinəcəm və özümü idarə etməyə çalışacam.

Bəlkə də bu cür bəyanatların məqsədi bizim cazibədən çəkinməyib daha sərt cavab verməyimizdir. Daha sonra onlar daha sərt bəyanat versinlər, ardınca hər iki tərəfdən atəşkəs pozulsun və nəticədə yeni eskalasiya baş versin.

Mən düşünürəm ki, bu, getməli olduğumuz ən yaxşı yol deyil. Biz möhkəm əsəblərə sahib olmalıyıq, səbirli olmalıyıq və sülh gündəliyindən yayılmamalıyıq”.

“Qərbi Azərbaycan”narrativinə dair narahatlıqlar

Mirzoyanın sözlərinə görə, Bakıdan səslənən bəyanatlar arasında daha təhlükəli olanlar da var.

“Biz Azərbaycanın “Qərbi Azərbaycan” adlandırılan narrativinin Ermənistanın ərazi bütövlüyünə birbaşa iddia və ya təcavüz olduğunu sübut edən faktları almağa davam edirik. Hətta adı belə buna işarə edir.

“Qərbi Azərbaycan” Azərbaycanın qərb bölgələri deməkdir. Ermənistan ərazisini “Qərbi Azərbaycan” adlandırmaq artıq Ermənistanın ərazi bütövlüyünə iddianı ifadə edir”.

Hər iki tərəfin silahlanma məsələsi

Azərbaycan prezidenti Ermənistanı silahlanmaqda ittiham edib. Rəsmi İrəvan isə qeyd edir ki, Ermənistan öz qonşularının ərazi bütövlüyünü tanıyır və qonşularından da eyni şeyi gözləyir.

“Azərbaycan silah alır, Ermənistan da öz sərhədlərini qorumaq üçün silah alır. Əlbəttə, bu, müqayisə edilməyəcək dərəcədə az miqdarda və maliyyə baxımından daha təvazökar məbləğlərlədir. Ermənistan Respublikasının silah almaq suveren hüququ var”.

Bu məsələyə Ermənistanın Baş naziri də  jurnalistə müsahibəsində münasibət bildirib və qeyd edib ki, Ermənistan da Azərbaycanın silahlanmasına dair öz narahatlıqlarına malikdir.

Məhz bu səbəbdən tərəflər arasında silahlanmanın qarşılıqlı monitorinqi mexanizmini formalaşdırmaq təklifi irəli sürülüb. Lakin Bakı hələ də buna cavab verməyib.

“Əgər Sülh müqaviləsi fakt olmasa, mən eskalasiya ehtimalını daim görürəm. Belə ritorikanı eşitdiyimiz müddətcə eskalasiya ehtimalını görürəm. Avropa Birliyinin  mülki müşahidəçiləri də məhz bu eskalasiya ehtimalını azaltmaq üçün buradadır”.

Mirzoyan vurğulayır ki, “Sülh müqaviləsi” imzalanmadığı müddətdə eskalasiya riski həmişə qalır. Ancaq danışıqlar davam etdiyi üçün müqavilənin imzalanma ehtimalı da daim aktualdır. O, hesab edir ki, Bakı əslində bu sənədi imzalamaq istəmir, əks halda müqavilə artıq reallıq olardı.

Daha çox göstər
Back to top button