İsveçli deputat Əliyevlə Putinin bəyanatları arasında oxşarlıqlar görür

İsveçli deputat Erik Helsborn sosial şəbəkədə yazıb ki, Əliyevin bəyanatları demək olar ki, Putinin bəyanatları ilə eyni cür səslənir.
“Putin Ukraynanı nasist siyasətində ittiham edib və onun “hərbi əməliyyatının” ölkənin “denasifikasiyasına”yönəldiyini deyib. O, Ukraynaya silah göndərməklə Qərbi sülhə mane olmaqda ittiham edib.
Əliyev isə Ermənistanı faşist dövlət adlandırır və Ermənistan üçün silah ixrac edən qərb ölkələrini sülhə təhlükə yaratmaqda ittiham edir.
O, deyir ki, əgər Ermənistanın demokratik yolla seçilmiş siyasi xadimləri “faşizmdən” imtina etməsə, o, başqa çıxış yolu görmür və onu müstəqil şəkildə “kökündən məhv etməyə” məcbur olacaq.
Biz bilirik ki, bu ritorika Putinin dilindən səslənəndə nəyə gətirib çıxardı. Ukrayna məsələsində olduğu kimi, qərb silahlarının ixracı problem deyil, problemin həllidir” – deyərək parlament üzvü qeyd edib.







