Beynəlxalq
Suriya Müdafiə Nazirliyi kürdlərin öz hərbi birləşməsini yaratmaq təklifini qəbul etməyib

14 illik müharibə zamanı yarı muxtar zona yaradan Suriya kürdlərinin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” (SDF) Dəməşqdə yeni administrasiya ilə danışıqlar aparır.
SDF komandiri Mazlum Abdi (həmçinin Mazlum Kobani kimi tanınır) Səudiyyə Ərəbistanının “Asharq News” kanalına müsahibəsində bildirib ki, onların əsas tələblərindən biri Suriyanın mərkəzləşdirilməmiş idarəçiliyidir.
Suriyanın yeni müdafiə naziri Murhaf Əbu Kasra bu təklifi rədd edib.






