Başlıcaİctimaiyyət

Qaşqaylar türk-azərbaycançı separatçı hərəkatların hədəfində

İranın Teleqram kanalları həyəcan təbili çalır, ekspertlər isə haqlı narahatlıqlarını ifadə edirlər ki, Ankara və Bakının himayə etdiyi separatçı qruplar.

 Xüsusilə də Türkiyədə təsis edilən “Qayı” (Kayı Partisi) partiyası, İranın qaşqay türkləri arasında saxta kimlik, tarix və mədəniyyət ideyalarını yayaraq separatçı meyillər formalaşdırmağa çalışır.

Bu partiya 2021-ci ildə qurulub və əsasən Osmanlı dövlətinin qurucusu Osman bəyin nəsli ilə əlaqələndirilən türk Qayı boyunun adını daşıyır.

Partiya, türk mənşəli xalqlar arasında millətçi ideyaları təbliğ edir. İran qaşqayları da onların hədəfinə çevrilib və bu türkdilli tayfanın İran mədəni və siyasi kimliyinə sahib olmasına baxmayaraq, onların arasında anti-İran düşüncələri yaymağa cəhd göstərilir.

Qaşqaylar kimlərdir?

Qaşqaylar bu gün İranda say baxımından ən böyük türkdilli tayfadır və altı əsas qəbilədən ibarətdir.

Onlar, bəlkə də, ən təşkilatlanmış, mühafizəkar və şiə məzhəbinə sıx bağlı tayfalardan biridir və öz adət-ənənələrini, mədəniyyətlərini ciddi şəkildə qoruyurlar.

Qaşqaylar yarımköçəri həyat tərzi sürür və əsasən İranın Fars vilayətində məskunlaşıblar.

İranlılar arasında onlar özlərinin rəngarəng və şən bayramları ilə də seçilirlər. Qaşqaylar qərbi oğuz türkcəsinə əsaslanan bir ləhcədə danışırlar və bu dili “türki” adlandırırlar.

Qaşqayların arasında yayılmış fikrə görə, onların əcdadları İran ərazisinə Türküstandan ya Hülaku xanın, ya da Əmir Teymurun ordularının qabaqcıl birlikləri ilə gəliblər.

Bununla belə, geniş qəbul edilən versiyaya əsasən, onlar 11-ci əsrdə oğuz türklərinin köç dalğası zamanı İrana gəliblər. Böyük ehtimalla, əvvəlcə İranın şimal-qərbində məskunlaşıb, daha sonra tədricən Fars vilayətinə köçüblər.

Bu yaxınlara qədər onların tərkibində Moğanlu qəbiləsi də mövcud idi və bu qəbilənin adı İranın Ərdəbil şəhərinin şimalında yerləşən Muğan düzənliyinin adından qaynaqlanır.

Üstəlik, qaşqaylar Ərdəbili tez-tez “əcdadlarının yurdu” adlandırırlar. Qaşqayların yaydığı bir başqa rəvayətə görə, onların əcdadlarını Fars vilayətinə Səfəvi şahı I İsmayıl (1501-1524) gətirib və məqsəd Fars bölgəsini portuqaliyalılardan qorumaq olub.

Qaşqaylar tarixi mənbələrdə ilk dəfə 18-ci əsrə aid “Farsın kələntəri Məhəmmədin gündəliyi” adlı əsərdə xatırlanır.

Qaşqay etnoniminin mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Məşhur şərqşünas, akademik V. V. Bartold bu adın qədim türkcədə “qaşqa” qaşında və ya alnında ağ ləkəsi olan at) mənasını verdiyini irəli sürüb.

Digər versiyaya görə isə, İranlı tədqiqatçı Həsən Fəsainin fikrincə, qaşqay sözü qədim türkcədə “qaçmaq” (qāçmaq) felindən yaranıb.

Qaşqaylar özlərinin türk kökənini dərk etmələrinə baxmayaraq, faktiki olaraq İranın etnik xəritəsinin ayrılmaz tərkib hissəsi olduqlarını düşünürlər.

Daha çox göstər
Back to top button