
Rusiyanın “Krasnodar” klubu Ermənistan millisinin yarımmüdafiəçisi Eduard Spertsyanın transfer hüququnu yayda İngiltərənin “Lids” komandasına satmağa hazırdır. Bu barədə championat.com xəbər verir.
Əgər “Lids” Premyer Liqaya vəsiqə qazanarsa, transfer daha real görünəcək.
Çempionşipdə 32 turdan sonra “Lids” 69 xalla liderdir.
Cari mövsümdə Eduard Spertsyan “Krasnodar”ın heyətində 26 oyunda çıxış edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.
Transfermarkt Spertsyana 20 milyon avro dəyər biçir.







