BaşlıcaSiyasət

Cenevrəd Ermənistan və İran xarici işlər nazirləri görüşüblər

İran KİV-i xəbər verir ki, BMT-nin İsveçrənin Cenevrə şəhərindəki Avropa ofisində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş olub.

Mirzoyan-Əraqçi görüşü ilə bağlı təfərrüatlar açıqlanmayıb. İran xarici işlər nazirinin BMT-nin baş katibi Antonio Quterreşlə də görüşü nəzərdə tutulub.

Ermənistan Xarici İşlər Nazirliyi bundan əvvəl bildirdi ki, nazir Ararat Mirzoyanın fevralın 24-25-də İsveçrədə işgüzar səfərdə olacaq. O, BMT-nin İnsan Hüquqları Şurasının yüksək səviyyəli seqmentlərində və Cenevrədə Silahsızlanma Konfransında iştirak edəcək və çıxışlar edəcək.

Daha çox göstər
Back to top button