
Erməni və qeyri-erməni yüklərinin Çabahar limanı vasitəsilə Ermənistana və Ermənistandan daşınmasını təşkil etmək üçün həm Çabahar Azad İqtisadi Zonası, həm də dəniz və quru yükdaşımaları ilə məşğul olan İran və Ermənistan şirkətləri ilə iş aparılır. Bu barədə Factor.am-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən məlumat verilib. Eyni zamanda nazirlikdən bildirilib ki, hazırda Çabahar limanı vasitəsilə yükdaşımaların qiymətlərinin dəqiqləşdirilməsi üçün hesablamalar aparılır.
“İqtisadi səmərəlilik göstəricisini başa düşmək üçün müəyyən miqdarda yüklərin daşınması lazımdır ki, onun da üzərində hazırda iş gedir”.
Nazirlik onu da bildirib ki, iqtisadiyyat nazirinin müavini Narek Hovakimyanın ötən il noyabrın 11-14-də İrana işgüzar səfəri zamanı Çabahar limanında limanın və eyniadlı azad iqtisadi zonanın rəhbərliyi ilə görüşlər keçirilib, görüşlərdə yükdaşıma sektorunu təmsil edən Ermənistan şirkətləri də iştirak edib.
“Çabahara səfər zamanı Ermənistan yükdaşıyan şirkətləri ilə İran nümayəndə heyəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb, onun çərçivəsində Ermənistan şirkətlərindən biri Çabahar AİZ-də qeydiyyatdan keçmək və fəaliyyət göstərmək barədə razılığa gəlib”, – İqtisadiyyat Nazirliyindən bildirilib.
Daha əvvəl Nazirlikdən bidirilib ki, Ermənistanın İranın Çabahar limanının operatoru olan India Ports Global Ltd. ilə əməkdaşlıq variantı nəzərdən keçir.
Xatırladaq ki, daha əvvəl xarici işlər nazirinin müavini Vaan Kostanyan qeyd edib ki, bu məsələdə kifayət qədər praktiki mərhələdədirlər. Bundan əvvəl Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinhan Çabahar limanından istifadə məsələsi ilə bağlı erməni tərəfdən aydın təkliflər gözlədiklərini bildirib.
Səfir ümidvar olduğunu bildirib ki, Ermənistan limandan istifadə etməklə Qara dənizə çıxışının olmaması ilə bağlı yaranan problemləri aradan qaldıracaq.







