BaşlıcaSiyasət

Nikol  Paşinyanın  Vladimir Putin ilə  2 görüşü, 2 telefon danışığı  olub

Azərbaycan hökumətinin 2024-cü il proqramında Ermənistan-Rusiya münasibətlərinə toxunulub.

Bildirilir ki, 2024-cü il ərzində Rusiya ilə yüksək və ali səviyyədə dialoq davam edib: “Ermənistanın Baş naziri Nikol Paşinyan və RF Prezidenti Vladimir Putin arasında 2 görüş və 2 telefon danışığı baş tutub.

 Həmçinin Ermənistanın Baş naziri və Rusiya hökumətinin rəhbəri arasında 1 görüş keçirilib” –  deyə  hesabatda qeyd olunub.

Bildirilib ki, Baş nazir Paşinyan Kazanda BRİKS üzv dövlət başçılarının “OUTREACH”/”BRİKS PLUS” genişləndirilmiş formatda görüşündə iştirak edib.

“Ermənistan və Rusiya Aİİ və MDB çərçivəsində fəal əməkdaşlıq ediblər. 2024-cü ilin nəticələrinə əsasən, ER və RF arasında ticarət dövriyyəsi təxminən 12,4 milyard ABŞ dollarına bərabər olub ki, bu da 2023-cü illə müqayisədə 56,5% artım deməkdir” – deyə sənəddə vurğulanıb.

Daha çox göstər
Back to top button