BaşlıcaMədəniyyət
Ermənistanda İran kino günləri

İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzi xəbər verir ki, mərkəzin himayəsi ilə martın 13-15-də Yerevanda “İran kino günləri” tədbiri keçiriləcək.
Filmlər Ermənistan Milli Kitabxanasının Sine-klubunda nümayiş etdiriləcək.
İran filmləri həmişə maraqlı hekayələri, özünəməxsus rejissor yanaşmaları və təbii ki, güclü aktyor oyunu ilə seçilib.







