
Suriyanın kürdlərin məskunlaşdığı bölgələrdəki Suriya Demokratik Qüvvələrinin komandanı Mazlum Kobani bəyan edib ki, Suriyada dinc əhalinin qətliamını Türkiyənin himayə etdiyi silahlı qruplaşmalar həyata keçirir.
Kürdlərin “Demokrathaber” saytının məlumatına görə, Mazlum Kobani dinc əhaliyə qarşı törədilən qırğınları pisləyib və Suriya hakimiyyətini onların qarşısını almağa çağırıb.
O iddia edib ki, mülki əhalinin qətliamını Türkiyənin himayə etdiyi silahlı qruplaşmalar həyata keçirirlər.







